Təbii qaz verilib

  • SpaceTV
  • 13 Dekabr 2019 16:57

Rayonda qazlaşdırma səviyyəsi  artıq 96 faizdir. İndiyədək 93 yaşayış məntəqəsinin 73-ü təbii qazla təmin edilib. Daha bir yeni yaşayış massivinə də mavi yanacaq verilib.  Belə ki, şəhərin Ə. Vahid küçəsində yeni məhəllədə 24 abonent təbii qazla təmin olunub.  

İkipilləli sistem əsasında ümumi uzunluğu 2000 metrə yaxın olan metal borularla məhəllədaxili qaz xətləri çəkilib. Ərazidə  1 qaztənzimləyici şkaf quraşdırılıb ki, bu da istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına kömək edəcək. Rayonun Liman şəhərindəki yeni yaşayış massivinin də qazlaşdırılması başa çatdırılıb. Yaxın günlərdə burada 52 abonent mavi yanacaqdan istifadə edə biləcək. 

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun