TƏBİB koronavirusun qanla yoluxması məsələsinə aydınlıq gətirdi

  • SpaceTV
  • 8 Aprel 2020 11:53

“Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur”.

SPACE TV xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib: “Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. Qan bankında ən son tövsiyələrə diqqət yetirilərək qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir”.

Paylaş

 Xəbəriniz olsun