TƏBİB-in sözçüsü koronavirusa yoluxub

  • Space TV
  • 25 Noyabr 2020 14:17

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub.

Bu barədə E.Baxış özü məlumat verib.

O bildirib ki, noyabrın 21-də virusun əlamətlərini hiss edib və COVID-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.

Paylaş

 Xəbəriniz olsun