TƏBİB-in sədri Ramin Bayramlı koronavirusa yoluxub? – RƏSMİ AÇIQLAMA

  • Space TV
  • 19 İyun 2020 15:36

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilib.

SPACE TV xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ramin bəyin virusa yoluxması ilə bağlı yayılan məlumatlar yalandır. O, hazırda iş başındadır.

Ramin Bayramlı tibb müəssisələrinə səfərlər etdiyinə görə, mütəmadi olaraq testden keçirilir və nəticələri neqativdir”, – deyə R. Əliyeva bildirib.

Paylaş

 Xəbəriniz olsun