TƏBİB-dən əhaliyə MÜRACİƏT

  • Space TV
  • 13 May 2020 11:10

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanıdiqqət olunmalı məsələlərə toxunub.

SPACE TV xəbər verir ki, müraciətdə COVID-19 pandemiyası ərzində onlayn sifariş zamanı bunlara diqqət edilməsi tövsiyə olunub:

– Kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş edin.

– Qida/əşyaları götürdükdən sonra əllərinizi ən azı 20 saniya su və sabunla yuyun və ya spirt əsaslı məhluldan istifadə edin.

Paylaş

 Xəbəriniz olsun