Şuşasız 28 il…

  • Space TV
  • 9 May 2020 13:57

Düz 28 ildir ki, Cıdır düzü  Xan əminin səsinə həsrət qalıb. Bir  vaxtlar  şuşalıların at belində öz hünərlərin göstərdiyi bu yerlərdə indi yağılar at oynadır.

Bu görüntülər paylaşılana qədər ancaq köhnə kadrlardan görə bilirdik Şuşanı. Nə qədər ürək ağrısıyla izləsək də, nə yaxşı ki bu kadrlar çəkilib deyə bir fikir də doldu içimizə . Düşmənlərin  qırmızı koftalı yaşıl tumanlı bu cənnət qoxulu yurdumuzda etdiklərinİ görmək  həsrət üstə həsrət gətirdi. Lakin məncə Şuşa bizdən daha pis durumdadır. O həm bizsizdir,  həm də murdarları öz qoynunda saxlamaq məcburiyyətindədir.

85 yaşlı Səkinə nənə deyir ki, bu vaxtlar Şuşa əsl cənnət olardı. Deyir,  yağış yağandan sonra bir başqa gözəl olardi buralar. o qədər saf  və təmiz idi ki, insan ayaqlayıb bu təmizliyə xələl gətirməyə də ürək eləmirdi.

Bəli, Qarabağın, Şuşanın əsl sakinləri bax belə qoruyardı oraları.  Bu cənnət qoxulu yurdumuzda birdən xələl dəyər deyə  yeriyəndə də ehtiyyatla davranardılar şuşalılar. Şuşa da öyrəşmişdi buna. Nə bileydi yağılar gəlib daş üstə daş qoymayacaqlar.

O təkcə vətən dərdi çəkmir. həm də vətənə qurban verdiyi şəhid oğlunun da dərdin çəkir.  Deyir tez tez yuxularıma gəlir ikisi də.

Şuşanın qayıdacağın düşünürsünüz ? düşünməyin. O qayıtmayacaq.  Şuşa 28 il əvvəl olduğu yerindədir. 28 il əvvəl qəlbinə sancılan oxla birlikdə.  Qayıtmalı olan bizik. Biz ona sarı addımlamalıyıq. Qayıdıb o oxun açdığı yaraya məlhəm olmalıyıq.  başı dumanlı, qırmızı koftalı yaşıl tumanlı Şuşanın qəlbindəki bu yaranı 3 rəngli bayrağımızla sağaltmalıyıq.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun