Şuşadakı tarixi abidələrə baxış keçirildi

  • SpaceTV
  • 20 Yanvar 2021 11:35

Erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə – dahi şairin məzarı üzərində inşa edilib. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

Bu barədə Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu “Facebook” səhifəsində paylaşım edib.

Belə ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib:

“Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, “Vaqif Poeziya Günləri” bərpa ediləcək”.

Paylaş

 Xəbəriniz olsun