Şuşada işğalçı andiçməsi

  • SpaceTV
  • 21 May 2020 15:19

ƏVVƏLCƏ ONUNLA BAŞLAYAQ Kİ, ORDUMUZUN GENİŞMİQYASLI TƏLİMLƏRİ DAVAM EDİR VƏ BƏZİ HƏRBİ EKSPERTLƏRİN FİKRİNCƏ AZƏRBAYCAN TƏRƏFİ ERMƏNİSTANIN DIRNAQARASI ANDİÇMƏSİNİ RAHAT ŞƏKİLDƏ BOMBALAYA BİLƏR. LAKİN ERMƏNİSTAN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ QABRİEL BALAYAN MÜSAHİBƏSİNDƏ BİLDİRİB Kİ, AZƏRBAYCAN TƏRƏFİNİN TƏLİMLƏRİ NƏZARƏTDƏ SAXLANILIR VƏ ERMƏNİSTAN, HƏMÇİNİN SEPERATÇI REJİM ÜÇÜN HEÇ BİR TƏHLÜKƏ KƏSB ETMİR. DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASININ RƏHBƏRİ TURAL GƏNCƏLİYEV İSƏ DEYİB Kİ, BÜTÜN BEYNƏLXALQ İCTİMAİYYƏTİN RƏDD ETDİYİ SEÇKİ ŞOUSUNUN NƏTİCƏLƏRİNİN HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR. ƏLBƏTƏ BİZ DƏ BİLİRİK Kİ, ERMƏNİLƏRDƏ QARABAĞDA TANINMAYAN QONDARMA BİR REJİM QURUBLAR. AMMA FAKT ODUR Kİ, ONLAR ÖZBAŞINALIQLARINI DAVAM ETDİRİRLƏR VƏ BUNU NƏİNKİ AZƏRBAYCAN, HƏM DƏ BEYNƏLXALQ TRİBUNANIN, BÜTÜN DÜNYANIN TƏLƏBLƏRİNƏ MƏHƏL QOYMAYARAQ REALLAŞDIRIRLAR.

BU ARADA İRAN İSLAM RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRLİYİ “QÜDS GÜNÜ” İLƏ BAĞLI BƏYANAT YAYIB VƏ BÜTÜN İSLAM DÜNYASI TORPAQLARININ, HƏMÇİNİN MƏZLUM QARABAĞIN YAXINDA AZAD OLUNACAĞINI AÇIQLAYIB. İRAN SƏFİRLİYİNİN DƏ DEDİYİ KİMİ MƏZLUM QARABAĞ, YƏNİ GÜNAHSIZ, ZİYANSIZ, XEYİRXAH AZƏRBAYCANLILAR! LAKİN BƏZİ QANİÇƏNLƏR XALQIMIZIN MÜSBƏT KEYFİYYƏTLƏRİNDƏN ÖZ İYRƏNC NİYYƏTLƏRİ NAMİNƏ İSTİFADƏ EDİR. BUNA GÖRƏ DƏ ÜSTÜMÜZƏ QALXANI YERİNDƏ OTURTMAQ LAZIMDIR Kİ, ERMƏNİLƏR BÜTÜN İŞAĞLÇILIQLARI İLƏ TƏSLİM OLSUNLAR. “ƏYİLƏN BAŞI QILINC KƏSMƏZ” DEYƏ VAXTINDA TƏSLİM OLSALAR, YAXŞIDIR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun