Sürücüsü ehtiyatsızlığın qurbanı olub.

  • Space TV
  • 9 Yanvar 2020 15:54

Qubada yük avtomobilinin sürücüsünün ehtiyatsızlığı onun ölümünə səbəb olub.

Hadisə  rayonun Mirzəmməd kəndi ərazisində qeydə alınıb.Sürücü 1986 –cı il təvəllüdlü Nürəddinov Tərlan Əfqan oğlu idarə etdiyi yük avtomobilinin üzrərindəki yükün üstünü örtmək üçün avtomobilini özü də bilmədən  yüksəkgərginlikli elektrik xəttinin altında saxlayıb. O,avtomobilin üstünə çıxmağ istəyərkən isə onu elektrik cərəyanı vurub.33 yaşlı sürücü hadisə yerindəcə dünyasını dəyişib.Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun