Sürücülük vəsiqəsi almaq üçün yeni qaydalar

  • SpaceTV
  • 10 Dekabr 2019 12:11

Sürücülük  vəsiqəsi  almaq  üçün imtahan  verən şəxslər bundan sonra yeni qaydalarla təlim-məşq prosesini keçməli olacaqlar. Daha doğrusu təlimin bütün prosedurları avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhəri üzrə Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin təcrübə imtahan qəbulu üçün xüsusi bağlı meydançasının təqdimatı keçirilib.

Əgər əvvəl mexaniki, avtomat və yük maşınlarının təlimdə idarə olunmasında  təlimçilərin  köməkliyindən  istifadə  olunurdusa  bundan sonra təcrübə imtahanı zamanı sürücünün  yol verdiyi bütün səhvlər elektron qaydada aşkar olunacaq və monitorda öz əksini tapacaq.

Həmçinin sürücü özü sərbəst şəkildə yol nişanlarının tələblərinə uyğun olaraq hərəkət  edir və əgər qayda pozarsa bu elektron qaydada qeyd olunur. Bundan başqa sürücü təcrübi imtahanı başa çatdırdıqdan sonra məqbul, yaxud qeyri-məqbul olması  ilə  bağlı  avtomatik  məlumat alır və bu proses zamanı  hər hansı kənar müdaxilə və ya göstərişə yol verilmir

Qeyd edək ki, hazırda paytaxt Bakı, Gəncə və Sumqayıt şəhərlərində analoji sistem tətbiq olunur. Yaxın gələcəkdə  bütün təcrübə imtahan mərkəzlərində analoji sistemlər quraşdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun