SÜRÜCÜLƏRİN YOLUNU KƏSƏN YARMARKA SÖKÜLÜR

  • SpaceTV
  • 7 Avqust 2020 17:06

Paytaxtın demək olar ki, əksər ərazilərində Kənd təssərrüfatı məhsullarının satışını həyata keçirən yarmarkalar fəaliyyət göstərirdi ki, ölkədə hökm sürən pandemiya əlaqadar bu yarmarkalar da uzun müddətdir ki, fəaliyyətini dayandırmalı olub.Elə haqqında danışacağımız yarmarkadahansı səbəbdən işləməməsi deyil nədən yarmarkanın yolun tən ortasında 2 ilə yaxındır fəaliyyət göstərməsidir

SPACE tv-nin məlumatına görə,Sürücülər bildirirlər ki, bu yol prospektlə kəsişdiyi üçün yarmarka fəaliyyətə başlayandan sonra bu ərazidən keçmək müşkül məsələyə çevrilib.Məcburiyyət qarşısında qalaraq əks yoldan istifadə edən sürücülər qaydaları pozduqları üçün cərimələnirlərdə

Yarmarkanın təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən“Aqrar Tədarük və Təhcizat” ASC-dən  bildirildi ki, artıq bir neçə ildir ki, şirkət özəl günlərdə qısa və uzunmüddətli yarmarkalar təşkil edir. Bu yarmarkaların hansı ərazidə təyin olunmasını isə rayon icra hakimiyyətləri ilə  razılaşdırma əsasında  müəyyən edilir.

Koronovirus  pandemiyası  səbəbindən yarmarkalar fəaliyyətini dayandırıb və Operativ Qərargahın karantin rejiminə uyğun olaraq qəbul  edəcəyiqərarlara uyğun olaraq yarmarkaların fəaliyyəti yenidən bərpa olunacaq qurumdan bildirildi

Yasamal rayon icra hakimiyyətindən isə bildirildi ki, artıq yaxın vaxtlarda sözügedən ərazidəki yarmarka  başqa ünvana köçürülücək və həmin küçədəki  yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə veriləcək.

Ümid edək ki,Kənd Təsərrüfatı nazirliyi tərəfindən  bu ünvandan köçürüləcək yarmarkanı başqa ünvanda  yerləşdirirəkən,növbəti  dəfə də əhaliyə xidmət adı ilə həmin ünvanda yaşayan sakinlərin nə  rahatlığını pozacaq nədə heç bir sürücünün yolunu kəsmiş olacaq

RƏŞAD VƏKİLOĞLU SPACE

Paylaş

 Xəbəriniz olsun