Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir:
Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.