Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır

  • SpaceTV
  • 22 May 2020 10:57

Bakının şimal girişində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SPACE TV-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun