Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırıldı

  • SpaceTV
  • 4 May 2020 11:12

Bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

SPACE TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun