Bakı şəhər Dövlət Yol Polisi İdarəsi müraciət yayıb.
SPACE TV xəbər verir ki, müraciətdə deyilir: “Sürücülərin nəzərinə çatdırmaq istəyirik ki, 14 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb. Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər”.