Sürücülər cərimələnə bilər

  • Space TV
  • 1 May 2020 10:32

Bəli, qanunu pozduqlarına görə sürücülər cərimələnə bilər. Lakin ötən il qanunda hər hansı dəyişiklik olana qədər sürücülərin bu səbəbdən cərimələnməyəcəyi haqda şifahi göstəriş vardı. Ötən müddətdə Milli Məclis bu qanuna dəyişiklik etmədi. Bəs indi necə olacaq? Yeni mövsümün gəlişi ilə verilən şifahi göstəriş  qüvvədən düşəcək?

Sürücülərin cərimələnməməsi ilə bağlı verilən şifahi göstərişin hələ də qüvvədə olduğunu deyən Baş Dövlət Yol Polisi idarəsinin şöbə müdiri Kamran Əliyev mövzu parlamentdə müzakirə olunduqdan sonra  ictimaiyyətə  məlumat veriləcəyini bildirdi. Milli Məclisin üzvü Fazil  Mustafa məsələ ilə bağlı bildirdi ki…

Bildirildi ki,Prezident Administrasiyasından plyonka ilə bağlı qanun layihəsi ötən il parlament buraxılmazdan öncə Milli Məclisə göndərilib. Lakin bu layihəyə hələ baxılmayıb. Son günlər sürücülərin plonkadan istifadə etməsinə görə cərimə ediləcəyi ilə bağlı xəbərlər mövzunu yenidən gündəmə gətirdi.

Qeyd edək ki dünyanın əksər ölkələrində, arxa şüşəni tündləşdirməyə görə cərimə yoxdur.

Ekspertin dediyi kimi əgər arxa yan şüşələr hər hansı üsulla tündləşdirildiyi zaman sürücünün nəqliyyat vasitəsini idarə etməsinə maneə yaratmırsa onda niyə buna görə 150 manat cərimə nəzərdə tutulub? 

Ümid edirik ki  özü kiçik söz söhbəti böyük olan bu məsələ tezliklə öz həllini tapacaq.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun