Sürücülərə müraciət

  • SpaceTV
  • 8 Avqust 2019 15:00

SPACE.TV-məlumat verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər:

“Bəzən sürücülər düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin Yol Hərəkəti Haqqında qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər”. Vaqif Əsədov belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalarını, sürət həddini minimuma endirmələrini, ara məsafəsini normadan çox saxlamalarını, tövsiyyə edib.

“Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar”- deyə polis polkovniki bildirib. O,  paytaxt ərazisində müahidə olunan yağışlı hava şəraiti nəticəsində bir-neçə yol-nəqliyyat hadisəsinin baş verdiyini də qeyd edib.

Paylaş

 Xəbəriniz olsun