Sürücü və azyaşlı öldü

  • SpaceTV
  • 22 Avqust 2019 15:12

Bəzən kiməsə kömək etmək istəyirsən amma nəticədə öz canından da olursan. Qubada ötən gün bədbəxt hadisə yaşanıb. atomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istəyən qonşusu nə özunu xilas edə bildi nə də həyatını qurtarmaq balacanı.  

Qubanın Rustov kəndində 4 yaşlı uşağı avtomobil vurub. Onu vuran sürücü hadisə yerindən dərhal qaçıb. Xəsarət alan azyaşlını yaxınlıqdakı qonşusu 28 yaşlı Rustov kənd sakini Emin Əzizov xəstəxanaya çatdırmaq istəyib. Azyaşlının anası, dayısı və nənəsi olan, Emin Əzizovun idarə etdiyi avtomobil bir müddət sonra dirəklərə çırpılıb. Hadisə nəticəsində azyaşlı və sürücü həyatını itirib. Avtomobildə olan 3 nəfər sərnişin müxtəlif xəsarətlər alıb.

Hazırda onların müalicəsi Quba Mərkəzi rayon Xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu -Space

Paylaş

 Xəbəriniz olsun