Sürücü qəzada həyatını itirdi

  • SpaceTV
  • 4 Noyabr 2019 13:12

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü  Kərimov Eldəniz Hidayət oğlu idarə etdiyi 10-NG-734 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Sürücü ağır bədən xəsarətləri aldığı üçün Təcili Tibbi Yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib.  Həkimlərin səyinə baxmayaraq, Eldəniz Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun