Surra pambıq

  • SpaceTV
  • 5 Noyabr 2019 16:31

Noyabrın ilk günlərində havaların soyuq keçməsinə baxmayaraq Neftçala rayonunda pambıq yığımı hələ də davam edir. Məqsəd isə min bir zəhmət bahasına hasilə gətirilimiş məhsulu son qozasınadək toplayıb tədarük məntəqələrinə təhvil verməkdir. Rayonun Aşağı Surra kəndidə də pambıqçılar böyük ruh yüksəkliyi ilə “ağ qızıl” toplamada davam edirlər. Torpaq sahibi Nəbi Rəhimov yığımda xüsusi ilə fəqrqlənir. Əvvəllər mexanizator işləyən təsərrüfat sahibi artıq ikinci ildir ki,

Təsərrüfatda çalışan pambıqçılar arasında Sara Əliyeva isə gündəlik 140-150 kiloqram məhsul yiğmaqla öndə gedir. Məhsulun bol olması da onların ailə büdcəsinə xeyli köməklik edir.

Artıq tarlalarda üçüncü yığım aparılır. Pambıq gəlirli sahə olduğundan təsərrüfat sahibi Nəbi Rəhimov gələn il əkin sahəsini genişləndirməklə 10 hektara çatdırmaq niyyətindədir.

Qeyd edək ki, cari təsərrüfat ilində Neftçalada 4078 hektar sahədə pambıq əkilib. Bu günə kimi rayon üzrə 14700 tondan çox məhsul istehsal olunub. Bu da hər hektardan 28 sentner məhsul deməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun