Suriyada ABŞ hərbi bazasına hücum olub

  • SpaceTV
  • 6 Dekabr 2019 15:54

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib.

Xəbəri Suriyanın “Al-İkhbariya” dövlət kanalı verib.

Qeyd olunur ki, hücum Deyr əz-Zorda ABŞ hərbi bazalarının qeyri-qanuni fəaliyyət göstərdiyi “Omar” neft yatağının yaxınlığında təşkil olunub.

Mətbuatda yayılan məlumata əsasən, hücum sözügedən əraziyə hərbi texnika daşıyan yük maşınlarının gəldiyi vaxta təsadüf edib. 

Kanal xəbər verir ki, ABŞ hərbçiləri hücuma artilleriya və işıq-səs qumbaraları ilə cavab veriblər.

Paylaş

 Xəbəriniz olsun