“Suriya İnsan Haqları Müşahidəçiləri” təşkilatı: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

  • SpaceTV
  • 1 Oktyabr 2020 14:11

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Spacetv.az-ın xəbərinə görə, bu barədə “Suriya İnsan Haqları Müşahidəçiləri” (Syrian Observatory Human Rights – SOHR) təşkilatı bildirib.

“Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb”, – deyə təşkilatın məlumatında qeyd edilir.

Təşkilat bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

“Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir”, –  deyə “Suriya İnsan Haqları Müşahidəçiləri” təşkilatı vurğulayıb

Paylaş

 Xəbəriniz olsun