Suraxanıda yol problemi – VİDEO

  • SpaceTV
  • 30 Noyabr 2019 13:23

Sakinlər bildirir ki, kanalizasiya sistemi iflic olduğuna görə  yağış yağarkən  yağıtı suları evlərə dolur.  Lakin problemlər bununla da bitmir.

Sakinlər dəfələrlə aidiyyatı üzrə  müvafiq qurumlara şikayət etsələr də bir nəticəsi olmayıb.

Bir tərəfdən yağıntı suları digər tərəfdən də yaxınlıqdakı neft buruqlarının qurunt suları ərazidə hərəkəti iflic etməklə yanaşı, həm də ciddi təhlükələr törədir. Beləki uzun müddətdir nəzarət olunmayan yüksək gərginlikli işıq dirəklərinin dibi boşaldığına görə əyilib. Və belə davam edəcəyi halda onun aşacağı da istisna deyil.

Qeyd etdiyimiz kimi ərazidəki problemlər yalnız bununla bitmir. Əhalinin bu problemlərinin nə vaxt həll olunacağını öyrənmək üçün onlardan Suraxanı Rayon İcra Hakimiyyətinin ünvanını soruşduq. Bildirdilər ki, bu gün İcra nümayəndləri rayon əhalisi ilə görüş keçirir. Vaxt itirmədən biz də şikayətçilərlə birgə görüş keçirilən ünvana getdik.  Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov bildirdi ki, bu şikayətlərin araşdırılması istiqamətində rayon ərazisində artıq işlərə başlanıb. Bildirildi ki, yaxın günlərdə bu ərazilərdə də asfaltlanma işləri həyata keçiriləcək

Biz üzərimizə düşəni etdik. Çəkdik, göstərdik. İndi qalır  müvafiq qurumların üzərinə düşəni etməsi. Ümid edirik ki, icra nümayəndəsinin dediyi kimi qısa vaxt ərzində bu problemlər həll olunacaq.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun