Suraxanıda ev yandı

  • SpaceTV
  • 27 Noyabr 2019 11:59

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SPACE TV-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun