Sürət həddi endirilib

  • SpaceTV
  • 8 Avqust 2019 12:07

SPACE.TV-nin Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məlumatda bildirlir ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edib. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir deyə açıqlamada qeyd olunur .

Paylaş

 Xəbəriniz olsun