Suqovuşanın suyu Vətən torpağına nəfəs verir – VİDEO

  • SpaceTV
  • 23 Oktyabr 2020 14:44

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Eyni zamanda, Qarabağda yerləşən Xudafərin və Sərsəng su anbarları aqro strateji əhəmiyyətə də malikdir. Space TV xəbər verir ki, bu su anbarlarının fəaliyyətinin bərpa olunması Azərbaycan ərazisində ekoloji tarazlığın təmin olunmasında mühüm rol oynayacaq.

Ordumuzun Suqovuşan su anbarını işğaldan qurtarması ilə Mil-Muğanın bir sıra əraziləri suya qovuşub.  Tərtərçay üzərində yerləşən su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Suqovuşandan suyun buraxılması  əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına və kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə imkan verəcək.

Sərsəng su anbarının da aqro strateji əhəmiyyəti böyükdür. Bu anbardan syuyun buraxılması kifayət qədər geniş ərazilərin suvarılmasına imkan verəcək.

Xudafərin su anbarının tikintisi isə davam etdirilir. Bu anbarın da istifadəyə verilməsi Füzuli-Cəbrayıl istiqamətində suvarma çətinliyini tam aradan qaldıracaq. 

Paylaş

 Xəbəriniz olsun