Suqovuşanda şəhadətə ucalan 25 yaşlı qəhrəmanımız

  • Space TV
  • 29 Dekabr 2020 14:22

Vətən Müharibəsində şəhadətə ucalan qəhrəmanımız Əsgərzadə Xəyal İsrafil oğlu 25 dekabr 1995-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.

O, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Xəyal 2018-ci ildə yenidən hərbiyə qayıdaraq, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) kimi xidmətə başlayır.

2020-ci sentyabrın 27-də başlayan Vətən Müharibəsində döyüşüb.

O, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur. 

Qeyd edək ki, Əsgərzadə Xəyal ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamıyla “Vətən uğrunda” medalı ilə təltif olunub.

Paylaş

 Xəbəriniz olsun