Süpürgəçilər maaşlarının azlığından şikayətçidirlər – VİDEO

  • Space TV
  • 10 Sentyabr 2020 11:26

Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı mənzil-kommunal istismar sahəsinin süpürgəçiləri əmək haqqlarının azaldıldığını bildirirlər. Space TV-nin xəbərinə görə, hazırda 490 manat əmək haqqı alan süpürgəçi qadınlar ötən il daha yüksək maaş aldıqlarını deyirlər. Bununla yanaşı, bayram günlərində onlara ayrılan yardımın da verilmədiyini qeyd etdilər. Onların sözlərinə görə, məzuniyyət üçün ödənilən vəsaitdə də azalma var.

Məsələ ilə əlaqədar Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyində olduq. Qurumun baş iqtisadçısı Anar Hüseynov süpürgəçilərin maaşının azaldılması ilə razılaşmadı. Şifahi olaraq bildirdi ki, hazırda süpürgəçilərin əmək haqqı 336 manatdır, istirahət günləri də işə çıxdıqları üçün onlara ayda 490 manat vəsait ödənilir. Anar Hüseynov xüsusi karantin rejimi bitdikdən sonra əmək haqqlarında da artımın olacağını qeyd etdi.

Paylaş

 Xəbəriniz olsun