Superkubok matçında meydana girən yutuber həbs olundu

  • Space TV
  • 9 Fevral 2021 15:37

Məhkəmə 2019-cu ildə Türkiyənin İstanbul şəhərində İngiltərənin “Liverpul” və “Çelsi” komandaları arasındakı UEFA Super Kuboku matçında meydana girən yutuber Ali Abdülsealm Yılmazla bağlı qərar qəbul edib.

Spacetv.az-ın “NTV Spor”a istinadən məlumatına görə, Yılmaza 1 il 8 ay həbs cəzası verilib.

Bundan başqa, onun 1 il müddətinə idman yarışlarına girişinə qadağa qoyulub.

Digər şübhəlilər – Emre Durmuş, Cantuğ Özsoy ve Furkan Yaman isə bəraət alıblar.

Qeyd edək ki, avqustun 14-də “Vodofon Park” stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İngiltərə təmsilçiləri əlavə vaxtda hərəyə bir dəfə fərqləndiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (5:4) “Liverpul” Superkuboka sahib çıxıb.

Paylaş

 Xəbəriniz olsun