“Super elit” kələm toxumu ilə təmin ediləcək

  • SpaceTV
  • 30 Noyabr 2019 15:23

Bölgə fermerlərinin toxuma olan tələbatını, əsasən, Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Təcrübə Stansiyası ödəyir. Hazırda  stansiyanın əkin sahəsində  1 hektarda toxumluq kələm  əkini davam edir. 

Yüksək  məhsuldarlığa nail olmaq üçün şumaltı  lazımi mineral və üzvi gübrələr verilib,  əkindən əvvəl şumun üzlənməsi, malalama işləri aparılıb.

Ağbaş  kələmin rayonlaşmış bütün kələm növlərindən üstünlüyü dadına, yumşaqlığına,  həm də məhsuldarlığına görədir. Hektara məhsuldarlıq 350-450 sentner  arasında dəyişir ki, bu da göstərilən aqrotexniki qulluqdan, torpağın düzgün seçilməsindən asılıdır.  Yüksək keyfiyyətli toxum seçmə üsulu ilə 3 il müddətinə əldə olunur.

Məhsul yığımına  aprel ayının son 10 günlüyündən başlanacaq. 1 hektar sahədən  250-300 kq “elit” toxum əldə olunacaq ki, bu da 500-600 hektar sahədə  əkin aparmağa imkan verəcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun