Sumqayıtda zavoddakı yanğın söndürüldü: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır – YENİLƏNİB

  • SpaceTV
  • 7 Avqust 2020 14:20

“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın söndürülüb”.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat veribb

13:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.
Zavoda başlayan yanğın zamanı yeddi nəfər xəsarət alıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva  açıqlamasında bildirib ki, yaralılardan birinə ambulator yardım göstərilib və evə buraxılır:

“Altı nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.

Paylaş

 Xəbəriniz olsun