Sumqayıtda yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var

  • Space TV
  • 21 Yanvar 2021 11:19

Sumqayıt şəhərində yol qəzaları baş verib.

Bu barədə Spacetv.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KazAZ” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun