Sumqayıtda yeni estakada tikilir – VİDEO

  • Space TV
  • 28 Dekabr 2019 11:22

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının işini  tam dayanma təhlükəsi ilə üz-üzə qoyub. Lakin bu təhlükənin qarşısı yeni layihə ilə alınacaq.

Elektrik stansiyasını bağlanma riski ilə üz-üzə qoyan səbəblərdən biri  2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyasının  tikintisi zamanı dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması olub. Həmin vaxtdan indiyə qədər isə Xəzərin səviyyəsi 1 metr 30 santımetr düşüb.

Artıq işlərin böyük hissəsi yekunlaşıb.

İşlər qrafik əsasında bir neçə ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək. Qeyd edək ki, ötən ilin payızından başlayaraq bu günə qədər “Sumqayıt” Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlığı artırılıb.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun