Sumqayıtda yataqxanada yanğın: Ölən var

  • Space TV
  • 8 Fevral 2021 11:44

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Spacetv.az-ın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsi, 10-cu məhəlləsində baş verib.

Səhər saatlarında baş verən yanğın nəticəsində Qubadlı rayonundan olan məcburi köçkün 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov həyatını itirib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun