Sumqayıtda tanışı olan qadını öldürüb, anasına xəsarət yetirən şəxs tutuldu

  • Space TV
  • 5 Sentyabr 2020 11:55

Sentyabrın 4-də saat 22:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Mehriban Cabbarova bıçaqlanaraq öldürülüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun