Sumqayıtda partlayış olub – Xəsarət alanlar var

  • Space TV
  • 25 Noyabr 2019 12:36

Sumqayıtda evdə partlayış olub.

SPACE TV-in məlumatına görə, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun