Sumqayıtda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı

  • Space TV
  • 2 Yanvar 2020 12:24

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

SPACE TV xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Paylaş

 Xəbəriniz olsun