Sumqayıtda obyekt sahibi ağac kəsiminə görə cərimələndi

  • SpaceTV
  • 13 Avqust 2020 10:50

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyini müəyyən edib. 

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı Xidmətin rəis müavini Ramal Bağırov deyib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2 040 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib”.

Paylaş

 Xəbəriniz olsun