Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu

  • Space TV
  • 29 Dekabr 2020 10:09

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun