Sumqayıtda iki marşrut avtobusu toqquşub

  • SpaceTV
  • 8 May 2020 16:58

Sumqayıtdaikimarşrutavtobusutoqquşub. Hadisə səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində  14 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Xəstəxanaya aparılan yaralılardan 12 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra  evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.Ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun