Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

  • Space TV
  • 27 Avqust 2020 15:10

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Spacetv.az-ın məlumatına görə, hadisə şəhərin “Yaşma bağları” yaşayış massivində qeydə alınıb. Belə ki, ərazidə aparılan tikinti zamanı betonqarışdıran maşının şlanqı yerindən çıxaraq həmin tikintidə çalışan 1967-cı il təvəllüdlü Bəylərov İlqar Məhəmməd oğlunun başına dəyib. Ağır xəsarətlər alan 53 yaşlı kişi hadisə yerində ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun