Sumqayıtda evdən kişi meyiti tapıldı

  • Space TV
  • 10 Fevral 2021 14:39

Sumqayıtda mənzildən kişi meyiti tapılıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Babayev Ramil Vasif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun