Space Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda yanğın baş verib. Belə ki, ümumi sahəsi 50 m² olan iki otaqlı mənzilin mətbəx mebeli 3 p.m sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.