Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir

  • Space TV
  • 28 Aprel 2020 09:47

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Baku TV xəbər verir ki, İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Prosesə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub. Şəhərin bütün ərazilərində – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır.

Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Paylaş

 Xəbəriniz olsun