Sumqayıtda aptekdən 3938 manat pul oğurlandı

  • Space TV
  • 24 Avqust 2020 13:22

Sumqayıtda oğurluq hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də şəhər ərazisindəki apteklərin birindən 3938 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini D.Nəzərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun