Sumqayıtda anbarda güclü yanğın olub

  • Space TV
  • 15 Dekabr 2020 10:12

Sumqayıt şəhərində ümumi sahəsi 600 kvadrat metr olan, anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 kvadrat metr sahədə yanıb.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, içərisində olan avtomobil şinləri və ehtiyat hissələri də yanıb.

Paylaş

 Xəbəriniz olsun