Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlandı: Rayonlara səyahət edənlərdir

  • SpaceTV
  • 22 Sentyabr 2020 14:32

Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb.

Spacetv.az-ın məlumatına görə, bu barədə xeberle.com Sumqayıt şəhər Səhiyyə Şöbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, son bir neçə gündə yoluxma sayı xeyli aşağı düşüb, vəziyyət stabil olaraq qiymətləndirilir:

“Hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında 38 xəstə koronavirusdan müalicə alır, onlardan üçü reanimasiyadadır”.

Səhiyyə şöbəsindən verilən açıqlamada o da qeyd olunur ki, yoluxanlar əsasən son bir neçə həftə ərzində rayonlara səyahət edənlərdir:

“Toplanılan anemnizlərin nəticəsindən aydın olur ki, yoluxmanın aşkar edildiyi şəxslərin rayonlarımıza istirahətə gedib qayıtdıqdan sonra vəziyyətlərində dəyişiklik yaranıb və verilən analizlərin nəticələri pozitiv çıxıb”.

Paylaş

 Xəbəriniz olsun