SPACE.TV-məlumat verir ki, Sumqayıtda 12-ci mikrorayon deyilən ərazisində, güclü külək nəticəsində ağacın budaqları sınaraq 10 yaşlı uşağın başına düşüb.
Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.
Hazırda qızın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, huşu aydındır. Vəziyyəti orta-ağırdır.