Sumqayıtda 6 milyon dollarlıq zavod tikilir

  • Space TV
  • 18 Yanvar 2021 16:43

Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. 

Prezident İlham Əliyevin yanvarın 18-də təməlini qoyduğu zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Təməlqoyma mərasimində bildirilib ki, təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun