Sumqayıt sakini bir gecədə bir avtomobil oğurladı, üçünü qarət etdi

  • SpaceTV
  • 2 Noyabr 2019 14:22

Bakıda avtomobil qaçıran şəxsin daha üç maşından oğurluq etdiyi məlum olub. 

SPACE TV  xəbər verir ki, oktyabrın 31-də gecə saatlarında 1988-ci il təvəllüdlü Orxan İsmayılova məxsus “Mercedes” markalı avtomobil Moskva prospketi 46 ünvanından oğurlanıb.

Həmin maşın əməliyyatçılar tərəfindən səhər saat 9 radələrində Əli Mustafayev küçəsində tapılıb. 

İstintaq zamanı məlum olub ki, maşını Sumqayıt şəhər sakini – 1997-ci il təvəllüdlü Elçin Vahid oğlu Qədirov qaçırıb. Həmin şəxs saxlanılıb, E.Qədirov ifadəsi zamanı daha bir neçə avtomobildən oğurluq etdiyini etiraf edib. 

Belə ki, E.Qədirov bir gecədə paytaxtın Vəzirov küçəsində maşınların pəncərəsini sındıraraq “Range Rover”in video-qeydiyyatçısını, həmin küçədə “KİA”dan 700 manat, “Ford”dan isə 90 manat oğrulayıb. 

Faktlarla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun